This is a specific ad

Litvada elektrik qatarları ilə hərəkət dayanıb

47

Another advertisement

Litvada kontakt şəbəkəsində baş verən qəza dəmir yollarının işini iflic edib, dayanmış elektrik qatarları teplovozlarla əvəz edilməli olub.

Qafqaztürk xəbər verir ki, bu barədə “Lietuvos Gelejinkelay” (Litva Dəmir Yolları) dövlət müəssisəsi məlumat yayıb.

Dəmir yolu idarəsinin nümayəndəsi Kotrina Dzikarayte jurnalistlərə açıqlamasında bildirib ki, Vilnüs-Kaunas xəttində baş verən qəzaya görə qatarların hərəkəti bir neçə saatlıq dayandırılmalı olub, dayanmış qatarlarda gedən sərnişinlər avtobuslarla təyinat yerlərinə çatdırılıb.Litvanın Vilnüsdən sonra ikinci ən böyük şəhəri olan Kaunasdan keçməklə ölkənin üçüncü və dördüncü böyük şəhərləri olan Klaypeda və Şyaulyaya marşrutlar var.

“Bu marşrutlarda elektrik qatarlarının əvəzinə teplovozlardan istifadə edilib”, – o bildirib.Mütəxəssislərin fikrincə, kontakt şəbəkəsi sabah bərpa olunacaq.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Entoni Blinken Fələstin prezidenti ilə görüşdən sonra Türkiyəyə yola düşüb
Öncəki yazı
İrakli Qaribaşvili: “Avropa Komissiyasının qərarını gözləyirik, bu daha bir tarixi qərar olacaq”