This is a specific ad

Entoni Blinken Fələstin prezidenti ilə görüşdən sonra Türkiyəyə yola düşüb

58

Another advertisement

ABŞ dövlət katibi Entoni Blinken İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

QafqazTürk.com xəbər verir ki,görüş bir saatdan az davam edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken Fələstin lideri Mahmud Abbasla görüşündə Birləşmiş Ştatların Qəzzaya humanitar yardım göndərmək və əsas ehtiyaclar üçün xidmətlərin bərpasına sadiq olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Blinken və Abbas “Fələstinlilərə qarşı ekstremist zorakılığın dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi zərurəti” də daxil olmaqla İordan çayının qərb sahilində sülh və sabitliyin bərpası səylərini müzakirə ediblər.

Metyu Millerin sözlərinə görə, Blinken ABŞ-ın fələstinlilər və israillilərin ləyaqətini və təhlükəsizliyini təmin etmək üçün bərabər tədbirlərə sadiq qaldığını bir daha vurğulayıb.

Blinken həmçinin ABŞ-ın “Fələstin dövlətinin yaradılması ilə bağlı fələstinlilərin qanuni istəklərini həyata keçirmək üçün” çalışmaq öhdəliyini ifadə edib.

Blinken Qərb Sahilindən Türkiyəyə yola düşüb. Hələlik ABŞ dövlət katibinin Türkiyədə kiminlə görüşəcəyi məlum deyil.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda yeni dəniz limanı tikiləcək
Öncəki yazı
Litvada elektrik qatarları ilə hərəkət dayanıb