Another advertisement
Gürcüstanda ən çox qeydiyyatdan keçmiş avtomobillərin sayı Tbilisidədir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, paytaxtda ümumilikdə 619 min 6 avtomobil hərəkət edir. Bu göstərici Tbilisidən sonra ən çox avtomobilin olduğu İmeretidən təxminən üç dəfə yüksəkdir – 213 min 959.
Regionlar üzrə avtomobillərin sayı aşağıdakı kimidir:
- Tbilisi – 619 min 6
- İmereti – 213 min 959
- Kvemo Kartli – 165 min 152
- Kaxeti – 148 min 851
- Acarıstan – 134 min 642
- Sameqrelo-Zemo Svaneti – 107 min 389
- Şida Kartli – 97 min 813
- Samtsxe Cavaxeti – 66 min 98
- Mtsxeta-Mtaineti – 44 min 268
- Quriya – 39 min 440
- Raça-Leçxumi və Kvemo Svaneti – 11 min 118
Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-sentyabr aylarının məlumatına görə, Gürcüstanda ümumilikdə 1 milyon 647 min 629 nəqliyyat vasitəsi qeydiyyatdadır və 2022-ci ildə bu say 1 milyon 563 min 165 ədəd təşkil edib.