This is a specific ad

Almaniyanın xarici işlər naziri Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırıb

20

Another advertisement

İravanda səfərdə olan Almaniyanın xarici işlər naziri Annelena Berbok Azərbaycan və Ermənistanı danışıqları tezliklə bərpa etməyə çağırıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Berbok İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra birgə keçirilən brifinqdə deyib.

O bildirib ki, Avropa İttifaqı, o cümlədən Almaniya İrəvan və Bakını dəstəkləməyə hazırdır.

Nazirin sözlərinə görə, indi hər iki tərəf qarşılıqlı etimad yolunu tutmalıdır.

A.Mirzoyan öz növbəsində qeyd edib ki, Ermənistan regionda sülhün bərqərar olmasını mümkün hesab edir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Pakistanlı qız Britaniyanın ən ağıllı yeniyetməsi oldu
Öncəki yazı
Marneulidə güllələnmə hadisəsi baş verib