This is a specific ad

Bu tarixdən xroniki xəstəlikləri olan təqaüdçülər dərmanları pulsuz alacaqlar

12

Another advertisement

Hökumətin qərarına əsasən, 2024-cü ildən xroniki xəstəlikləri olan təqaüdçülər dərmanları pulsuz alacaqlar.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, yeni büdcə ilə səhiyyə proqramlarının maliyyələşdirilməsi artıb.

“Gələn il xroniki xəstəliklərdən dərman asılılığı olan pensiyaçılara ilboyu pulsuz olaraq dərman veriləcək. 400 minə yaxın pensiyaçı belədir ki, bu da çox mühüm müavinətdir. Pensiyaçıların müavinətini 500 lariyə, 2012-ci ildəki 110 laridən 500 lariyə yüksəltməyimizlə yanaşı, xroniki xəstəliyi olan pensiyaçılar 2024-cü ildə pulsuz dərman alacaqlar. Biz bu tendensiyanı qoruyub saxlayacağıq”, – deyə İrakli Qaribaşvili bildirib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Müdafiə Qüvvələrinin artilleriya bölmələrinin hərbi təlimləri keçirilib
Öncəki yazı
Azərbaycan Gürcüstana polis attaşesi təyin edib