“Azərbaycan Prezidenti İlham Əliyevə regionun sabitləşməsinə verdiyi töhfələrə görə təşəkkürümü bildirirəm”.
QafqazTürk.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.
O, həmçinin, Azərbaycan liderinə Qarabağ regionunun bərpa olunması istiqamətində həyata keçirilən işlərə görə təşəkkürünü bildirib.
O, vurğulayıb ki, qlobal iqtisadiyyat son illərdə iki dəfə çöküb, Avropada enerji daşıyıcılarının qiymətləri dəfələrlə qalxıb:
“Geridə qalan çağırışlar bizim qarşımızda iki yol qoyur – ya iqtisadiyyatlar izolyasiya olunmalıdır, ya əməkdaşlığı daha da genişləndirməliyik. Son zamanlar məhz izolyasiya olunmuş iqtisadiyyatlar, blok qoyulma ilə bağlı meyillərin şahidi oluruq. Lakin Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.