This is a specific ad

Acura TLX sedanını yenilədi

15

Another advertisement

Acura ABŞ-da yenilənmiş 2024 TLX sedanını təqdim etdi. Avtomobilin görünüşündə standart olaraq yeni beşbucaqlı barmaqlıq, təkmilləşdirilmiş səs izolyasiyası və 12 düymlük media sistemli displey yer alıb.

QafqazTürk.com xəbər verir ki, avtomobil həmçinin qabaq şüşədə məkanı 90 dərəcə skan edən videokamera və 120 dərəcə baxış bucağı ilə ön bamperdə radar sensoru ilə təkmilləşdirilmiş aktiv təhlükəsizlik sistemi əldə edib.

Sistem piyadaları, velosipedçiləri və yol nişanlarını tanıyır.

Əsas avadanlığında Acura TLX 272 at gücü hasil edən 2,0 litrlik turbo mühərriklə, 10 pilləli avtomatik transmissiya ilə təchiz olunub. Type-S versiyasında o, 355 at gücünə malik 3,0 litrlik turbomühərrikli V6, 10 pilləli avtomatik transmissiya və tam ötürücülüyə əsaslanır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İrakli Qaribaşvilinin 2022-ci ildəki gəliri
Öncəki yazı
Oktyabr ayında bahalaşan məhsullar