This is a specific ad

Dmanisinin keçmiş meri silahlı hücuma məruz qalıb

51

Another advertisement

Gürcüstanın Dmanisi munisipalitetinin keçmiş meri Giorgi Tatuaşvili avtomobilində silahlı hücuma məruz qalıb.

Qafqaztürk xəbər verir ki, bu barədə sabiq mer yerli KİV-ə açıqlamasında bildirib.

O, insidentin şəxsi avtomobili ilə Tbilisidən Dmanisiyə hərəkət edərkən baş verdiyini bildirib. Əlavə edib ki, hücum zamanı avtomobilinə 5 güllə dəyib.

Giorgi Tatuaşvili insidentin siyasi fəaliyyətinə görə baş verdiyini bildirib və buna görə hakim “Gürcü Arzusu” partiyasının nümayəndələrini ittiham edib.Sabiq merin hücum zamanı avtomobilində tək olduğu, polisin hadisəni araşdırdığı bildirilir.

Qeyd edək ki, 2020-ci ilin avqustunda hakim partiyadan kənarlaşdırılmış Tatuaşvili daha sonra müxalif “Vahid Milli Hərəkat” partiyası tərəfindən Dmanisi meri vəzifəsinə namizəd göstərilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Donuz ürəyi transplantasiyası edilən ikinci xəstə dünyasını dəyişib
Öncəki yazı
Rati Breqadze: “Üç məhbusun qaçması ilə bağlı hər cür tədbirlər görülür”