This is a specific ad

Bu gün Azərbaycan səfiri Faiq Quliyev ilə GAK sədri Hüseyn Yusubov arasında telefon danışığı baş tutub

23

Another advertisement

“Gürcüstanda yaşayan azərbaycanlılar bizim üçün əzizdir və çox dəyərlidir”.

QafqazTürk.com xəbər verir ki, bunu səfir Faiq Quliyev GAK sədri Hüseyn Yusubovla telefon danışığında deyib.

“Gürcüstanda yaşayan azərbaycanlı bacı-qardaşlarımızın hər biri bizim üçün çox dəyərli və əzizdir.
Mən hər bir soydaşımızı Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Allahdan tutduğumuz orucların, etdiyimiz niyətlərin qəbul olunmasını diləyirəm. El-obaya yalnız firavanlıq, əmin-amanlıq, sülh və tərəqqi arzu edirəm.
Onlara xoş arzularımı çatdırmağınızı xahiş edirəm. Bir daha bayramınız mübarək olsun. Hər bir dəyərli soydaşımızın özünü və ailəsini ürəkdən təbrik edirəm. Bol-bol ruzi-bərəkət və İnşAllah Allah amanında olsunlar”, -deyə Cənab səfir Faiq Quliyev qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Marneuli bələdiyyəsində 3 uşaq bağçası inşa olunacaq
Öncəki yazı
NATO Baş katibi: “Bütün müttəfiqlər Ukraynanın NATO-da olmasına razıdır”