Another advertisement
Gürcüstan ehtimal ki, bu ilin dekabrında Avropa İttifaqından (Aİ) namizəd statusu alacaq.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
O, statusla bağlı ötən ayla müqayisədə bu ay daha çox ümidlərin olduğunu, ölkənin status alması şansının artdığını qeyd edib. Əlavə edib ki, bu müxalifətin bəyanatlarında da əks olunur.
“Əvvəllər bunun tarixi qərar olduğunu deyirdilərsə, indi bunun əksini – heç bir mənası olmadığını deyirlər. Bu ritorika da statusla bağlı qərarın yetişməkdə olduğunu göstərir”, – Kobaxidze deyib.