This is a specific ad

Gürcüstanın casusluqda ittiham edilən sabiq baş prokuroru vətəndaşlıqdan çıxarılıb

17

Another advertisement

“Sentyabr ayında ABŞ tərəfindən sanksiyaya məruz qalan Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığından məhrum edilib”.

Bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

O, qeyd edib ki, sabiq baş prokurorun vətəndaşlığının ləğv edilməsi ilə bağlı bütün prosedur tamamlanıb.

“Müvafiq qərar ABŞ Dövlət Departamentinin Otar Partsxaladzeni Rusiyaya tətbiq edilən sanksiyalar siyahısına əlavə etməsindən sonra oktyabrın 17-də Prezident Salome Zurabişvili tərəfindən qəbul edilib”, – deyə o vurğulayıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Fransa polisi özünü partlatmaqla hədələyən qadını güllələyib
Öncəki yazı
Polşada Gürcüstan vətəndaşına hücum edilib