This is a specific ad

Suriyadakı ABŞ hərbi bazası atəşə tutulub

17

Another advertisement

ABŞ-nin Suriyanın şərqi, Deyr-əz-Zor əyalətindəki “Koniko” təbii qaz yatağı yaxınlığında yerləşən hərbi bazası raket atəşinə tutulub.

Qafqaztürk xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin bazasının ətrafında və daxilində bir neçə partlayış olub.Məlumata görə, bir müddət əvvəl ABŞ-nin hərbi komandanlığı Yaxın Şərqdəki bazalarının atəşə tutulması nəticəsində 20-dən çox hərbçisinin yaralandığını bildirmişdi.

Pentaqonun məlumatına əsasən, oktyabrın 17-dən 24-dək İrana bağlı olduğu ehtimal edilən qruplaşma ABŞ-nin İraqdakı və Suriyadakı hərbi hissələrinə bir neçə dəfə raket və PUA-larla zərbə endirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
3 noyabr tarixində Marneulidə “Evdə” festivalı keçiriləcək
Öncəki yazı
Onkoloji xəstələrin cərrahiyə əməliyyatları hökumət tərəfindən maliyyələşdiriləcək