Another advertisement
Rusiyanın “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Rusiya qvardiyasının tabeliyinə keçib.
QafqazTürk.com xəbər verir ki, bu barədə ÖHŞ-nin rəsmi sosial şəbəkə səhifəsində məlumat yayılıb.
Bildirilib ki, bütün “Vaqner”çilərlə fərdi şəkildə müqavilələr imzalanıb.
O da vurğulanıb ki, ÖHŞ-nin bütün strukturu, iş qaydası və komandirlər saxlanılırlar.
“Təminat, müalicə, reabilitasiya Rusiya Qvardiyasının hərbi qulluqçuları ilə eyni şəkildə həyata keçirilir”, – deyə məlumatda qeyd olunub.