This is a specific ad

Yod çatışmazlığının 10 əlaməti

15

Another advertisement

Yod – qalxanabənzər vəz və onun idarə etdiyi bütün sistemlər üçün həyati vacib mineraldır.

QafqazTürk.com medicina.az-a istinadən xəbər verir ki, yod normal metabolizm, beynin işi, sümüklər, dəri və s. üçün çox vacibdir.

Böyüklər gündə 150 mkq yod qəbul etməlidir.

2017-ci ilin statistikasına görə, dünyada hər 5 nəfərdən biri yod azlığından əziyyət çəkir.

Sizdə yod çatışmazlığını göstərəcək əsas əlamətlər bunlardır:

  1. Bədən çəkisinin qəfil artması, az yemək yeyilməsinə baxmayaq kəskin kökəlmə.

Burada əsas səbəb qalxanvari vəzinin idarə etdiyi metobolizm sisteminin pozulmasıdır. Normal insan yediyini enerjijə çevirir, metobolizm pozulanda isə qəbul olunan qida enerjiyə çevrilmir.

2. Yorğunluq, əzginlik

İnsanda yod çatışmayanda, o daimi yorğunluq hiss edəcək. Adi ev işlərini görmək, azçəkili əşyanı belə qaldırmaq, gəzmək, pilləkən çıxmaq çətin olacaq. Bu da yod çatışmazlığına görə insanın əzələlərinin normal enerji almamasına görədir. Əgər insan ağır işdə çalışmadan, kifayət qədər dincəlsə də yenə yorğundursa, o zaman yod defisitini araşdırsın.

3.Saçların tökülməsi

Qalxanvari vəzinin hormonları saç tükü follukullarını təmin edir. Yod çatışmazlığında hormonlar zəifləyir və artıq tük köklərini yemiləməyə gücü çatmır.

4. Quru üz və bədən dərisi

Quru, qurpquru, qıcıqlı, qaşınan, kəpək qoyan dəri də yod əskikliyi ilə bağlı ola bilir.

5. Üşütmə, soyuqluq hissi

Daima bədənində üşütmə, normal temoeraturda belə soyuqluq hiss edən insanlarda metobolizm pozulduğundan orqanizmi isitmək üçün enerji təminatı çatışmır. Əgər bu hal uzun müddət davam edirsə, endokrinoloqa getməyin vaxtıdır.

7. Yaddaş problemi

Yodla bəslənən hormonlar beyinin işi üçün də vacibdir. Yod əskikliyi yeni biliklərin, məlumatın mənimsənilməsini çətinləşdirir, yaddaşı zəiflədir. Beynin hippokamp adlı hissəsi qalxanabənzər vəz pozğunluğu olan insanlarda hətta ketdikcə kiçilir.

8. Hamiləlikdə ağırlaşmalar və pozulma

Hamilə qadına nəinki özü, həmçinin bətnindəki döl üçün də yod lazımdır. Əgər yod az olsa, uşaq normal inkişaf edə bilməyəcək, xüsusən uşağın əzələ sistemi, beyni, yod çox olsa dölün bətndə ölümü belə baş verə bilər.

9. Qeyri-müntəzəm və ağrılı menstruasiya

Qadınlarda tsikl pozğunluğu da çox vaxt yod azlığından qaynaqlanır.

10. Zob

Xroniki yod çatışmazlığında qalxanvari vəzinin böyüməsi sürətlənir və zob yaranır.

Əgər diaqnostika və analizlərdə də orqanizmdə yod defisiti təsdiqlənərsə, aşağıdakı qidaları bol edin:

-Dəniz yosunu

-Treska balığı

-Yodlaşdırılmış duz

-Krevetka

-Yumurta

-Tuns balığı

-Qara gavalı

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
კახეთში 3 წლის ბავშვი დაიღუპა – “მემორიალის ნაწილი, მოულოდნელად ჩამოიშალა”
Öncəki yazı
ქარ­თვე­ლი მსა­ხი­ო­ბი, სახალხო არ­ტის­ტი თენ­გიზ არჩვა­ძე გარ­და­იც­ვა­ლა