Another advertisement
Tbilisidə 2015-ci ildən bəri ilk dəfə evsiz itlər qeydiyyata alınacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Heyvanların Monitorinqi Agentliyi məlumat yayıb.
Məlumata görə, sahibsiz itlərin qeydiyyatı yay aylarında nəzərdə tutulub və beynəlxalq və yerli qeyri-hökumət təşkilatları tərəfindən aparılacaq və prosesdə könüllülər də iştirak edə biləcəklər.
Bundan əlavə, Heyvanların Monitorinqi Agentliyinin məlumatına görə, evsiz itlərin məlumatları Tbilisi rayonları üzrə hesablanacaq və onların əsasında həm qısamüddətli, həm də uzunmüddətli planlar hazırlanacaq.
“Sahibsiz itlərin sonuncu siyahıyaalınması 2015-ci ildə aparılıb və Tbilisidə 45 min it qeydə alınıb”, – deyə agentlikdən bildirilib.