Another advertisement
Xelvaçauri (Acarıstan Muxtar Respublikası) bələdiyyəsi ərazisində dəhşətli yol qəzası baş verib.
QafqazTürk.com yerli mətbuata istinadən xəbər verir ki,qəza zamanı minik avtomobili dərəyə yuvarlanıb.
Hadisə nəticəsində bir ailənin üç üzvü həlak olub. Onlardan ikisi azyaşlı uşaqdır.
Hadisə yerinə təcili tibbi yardım və polis ekipajları cəlb ediliblər.
Faktla bağlı istintaq başladılıb.