This is a specific ad

Gürcüstan parlamentinin sədri: “İrəvanla Bakı arasında sülh sazişinə dair müsbət irəliləyişlər var”

51

Another advertisement

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair müsbət irəliləyişlər var”.

Qafqaztürk xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın əsas məqsəd və istəklərindən biri Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasıdır:

“Şadam ki, bununla bağlı sülh sazişinin imzalanması üçün müsbət irəliləyişlər var. Ümid edirəm ki, bu, ən qısa zamanda həyata keçiriləcək. Çünki regionumuzu sülh və təhlükəsizlik məkanına çevirmək ümumi mənafeyimizə uyğundur”.

O qeyd edib ki, Gürcüstan dəfələrlə dostlarına – Azərbaycana və Ermənistana əsaslı müzakirələr üçün şərait yaradıb:

“Bu, həmişə müxtəlif formatlarda və müxtəlif səviyyələrdə olub. Gürcüstan demək olar ki, hər iki dövlətin mütləq etimad göstərdiyi yeganə ölkədir”.

Qeyd edək ki, 2021-ci ilin sonunda Gürcüstan hökuməti Sülh Qonşuluq Təşəbbüsünə başladı. Ölkənin Baş naziri İrakli Qaribaşvili tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını Azərbaycan və Ermənistana təklif edib.

2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Təl-Əvivə yenidən raket hücumu olub
Öncəki yazı
27 oktyabr Gürcüstanda Milli Müəllimlər Günüdür