This is a specific ad

Fiziki şəxslər üçün əmlak vergisi bəyannamələrinin təqdim edilmə müddəti noyabrın 1-də başa çatır

18

Another advertisement

Fiziki şəxslərin əmlak vergisi bəyannamələrinin təqdim edilmə müddəti noyabrın 1-də başa çatır.

Qafqaztürk xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, əmlak vergisini ödəyən fiziki şəxslər cari ilin noyabr ayının 1-dən gec olmayaraq fiziki şəxslərin əmlak vergisinin 2023-cü il üzrə illik bəyannaməsini təqdim etməyə və ödənilməli olan vergini noyabrın 15-dək ödəməyə borcludurlar.

İstədiyiniz məlumatı əldə etmək üçün siz həmçinin Gəlir Xidmətinin “RS Chat” xidmətindən istifadə edə və ya 2 299 299 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

“Bugünkü məlumatlara əsasən, artıq 103 mindən çox fiziki şəxsə bəyannamənin təqdim edilmə müddətinin başa çatması ilə bağlı Gəlirlər Xidmətinin elektron sistemində qeydiyyatda olan mobil nömrələrə məlumat xarakterli qısa mesaj göndərilib”, – məlumatda deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
27 oktyabr Gürcüstanda Milli Müəllimlər Günüdür
Öncəki yazı
Rusiya aviaşirkəti Gürcüstana uçuşlar həyata keçirəcək