Another advertisement
Rusiyanın “Red Wings” aviaşirkəti Kazandan Tbilisi və Kutaisiyə uçuşlara başlayır.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Kazan-Tbilisi reysləri noyabrın 13-dən həftədə iki dəfə – çərşənbə və cümə günləri yerinə yetiriləcək. Dekabrın 3-dən etibarən çərşənbə axşamı və bazar günləri Kazandan Kutaisiyə də təyyarələr uçacaq.
Əvvəllər “Red Wings” Moskvadan Batumiyə (noyabrın 3-dən), eləcə də Çelyabinskdən Tbilisiyə (noyabrın 15-dən) birbaşa uçuşların başlandığını elan etmişdi.