This is a specific ad

Azərbaycanda azad edilmiş ərazilərə getmək üçün yaş məhdudiyyəti ləğv edildi

51

Another advertisement

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb.

QafqazTürk.com xəbər verir ki, nazirliyin məlumatına görə, bu gündən etibarən 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq.

Beləliklə Azərbaycan vətəndaşları bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər və onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Məlumat üçün bildirək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilmişdi.
Bu günədək ümumilikdə 627 reys həyata keçirilib, 25 min 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğan: “Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir”
Öncəki yazı
Türkiyə İsraildəki səfirini geri çağırır?