This is a specific ad

ABŞ-da 40 yaşlı şəxs insanlara atəş açıb,22 nəfər ölüb…

57

Another advertisement

ABŞ-ın Men ştatının Lyuiston şəhərində silahlanmış 40 yaşlı Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, AR-15 yarımavtomat tüfənglə silahlanmış Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açması nəticəsində 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb.

Men ştatının polisi Robert Kardı Lyuiston şəhərində 22 nəfəri öldürməkdə, 60 şəxsi yaralamaqda təqsirləndirsə də, onu şübhəli şəxs qismində tanımağa hələ hazır olmadığın açıqlayıb.

Birləşmiş Ştatlar KİV-ləri isə R. Kartın silah ustası olduğunu və psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini yazır.

Digər bir məqam isə odur ki, Robert Kard əvvəllər buna bənzər cinayətə əl atacağı ilə bağlı təhdidləri dilinə gətirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneuli sakini Polşada öldürülüb
Öncəki yazı
Əli Əsədov Tbilisidə konfransda Nikol Paşinyana cavab verib