This is a specific ad

Əli Əsədov Tbilisidə konfransda Nikol Paşinyana cavab verib

21

Another advertisement

“Azərbaycanın bir qonşusundan başqa digərləri ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Ermənistanın baş naziri Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi”.

QafqazTürk.com xəbər verir ki,bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün ,oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda bildirib.

“Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var”, – Baş nazir qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaqlarına ümid edir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ABŞ-da 40 yaşlı şəxs insanlara atəş açıb,22 nəfər ölüb…
Öncəki yazı
Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolçuları birgə müəssisə yaradıblar