This is a specific ad

Marneuli meriyası görmə imkanı məhdud şəxslərin İttifaqının benefisiarları üçün səsli 10 təzyiq ölçən aparat və 5 qlükometr cihazı alıb

43

Another advertisement

Marneuli Meriyası SİM şəxslərin Şurasına daxil olan müraciət əsasında Marneulidəki Görmə imkanı məhdud şəxslərin İttifaqının benefisiarları üçün səsli 10 təzyiq ölçən aparat və 5 qlükometr (qanda şəkərin miqdarını təyin edən) cihazı alıb.

Marneuli bələdiyyəsii merinin müavini, SİM şəxslərin Şurasının sədri Temur Şubitidze və Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəyi Xidmətinin rəhbəri Nino Dekanoidze, cihazları benefisiarlara təhvil veriblər.

Bundan başqa, xüsusi qayğıya ehtiyacı olan şəxslərə munisipal nəqliyyatdan pulsuz istifadə etmək üçün nəqliyyat vəsiqələri verilib.

Görüşdə, Marneuli bələdiyyyəsinin struktur bölmələrinin rəhbərləri, Marneulidə sağlamlıq imkanları məhdud olan şəxslərin məsələləri ilə məşğul olan Şuranın və Görmə imkanı məhdud şəxslərin İttifaqının üzvləri, həmçinin Marneulidə yaşayan eşitmə məhdudiyyətli vətəndaşlar iştirak ediblər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
სკოლის მოსწავლეებისთვის უფასო ონლაინ კურსებს ილიას უნივერსიტეტი აცხადებს – TECH პროფესიები
Öncəki yazı
“Evdə” festivalı geri qayıdır