Another advertisement
“Düşünürəm ki, bugünkü İpək Yolu Forumu Gürcüstanın həm Azərbaycan, həm də Ermənistan üçün dost məkan olduğunu nümayiş etdirir”.
QafqazTürk.com xəbər verir ki, bunu “Report”un yerli bürosuna Tbilisidə keçiriləcək 4-cü Beynəlxalq İpək Yolu Forumunun açılışından öncə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.
“Gürcüstan Cənubi Qafqazda sülhdən yanadır, bu, regionun hər üç ölkəsinin marağına cavab verir. Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq. Ona görə də biz sülh sazişi prosesinə vasitəçilik edirik”, – o vurğulayıb.
Dövlət rəsmisi bildirib ki, bu prosesin sülh sazişinin imzalanması ilə yekunlaşması regiona uzunmüddətli sabitlik gətirəcək.