This is a specific ad

Zəngəzurda Rusiyanın konsulluğu açılacaq

54

Another advertisement

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq.

QafqazTürk.com xəbər verir ki,Ermənistan mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, – o qeyd edib.

Lakin Ermənistan XİN başçısı konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib:

“Ermənistan və Rusiyanın müvafiq strukturları bu məsələdə əməkdaşlıq edir”, – nazir əlavə edib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
,,შინ” ბრუნდება!
Öncəki yazı
Gürcü ekspert: “İpək Yolu Forumu Bakı ilə İrəvan arasında təmas nöqtələrinin tapılmasına kömək edə bilər”