Another advertisement
“Çəhrayı Oktyabr” kampaniyası çərçivəsində Marneulidə pulsuz skrininq keçirilib
“Geo Hospitals”-ın Marneulidəki doğum evi və ambulator tibbi mərkəzində “Vətəndaş Bərabərliyi Platforması”-nın təşəbbüsü ilə süd vəzisi və uşaqlıq boynu xərçənginin pulsuz skrininqi həyata keçirilib.
40 yaşdan 70 yaşa qədər olan qadınlar süd vəzisi, 25 yaşdan 60 yaşadək qadınlar isə uşaqlıq boynu müayinəsindən keçiblər.
Qeyd edək ki 1992-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilati oktyabr ayını Süd vəzi xərçəngi (SVX) ilə mübarizə ayı elan edib. Simvolik olaraq, bu ay “çəhrayı lent” ilə xarakterizə olunub. ÜST bütün qadınları ildə bir dəfə müayinəyə səsləyir.