Another advertisement
Türkiyənin Şanlıurfa bölgəsində qadın ərinin qardaşları ilə birlikdə evə gətirmək istədiyi suriyalı qadını küçənin ortasında döyüb.
QafqazTürk.com türk mediasına istinadən xəbər verir ki, 6 uşaq anası ərinin suriyalı qadını arvad olaraq evə gətirməyə hazırlaşdığını öyrənib.
Bu vəziyyəti qardaşlarına danışan qadın küçədə ərinin gətirdiyi qadını görüb və ona hücum edib.
Mobil telefonla qeydə alınan hadisədə quma gətirilmək istəyən qadın döyülərək ətrafdakıların köməkliyi ilə xilas edilib. Tərəflər bir-birindən şikayətləniblər. Suriyalı qadının köcürülməsi üçün tədbir görüldüyü bildirilib.