Another advertisement
Vazisubanidə yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
QafqazTürk.com xəbər verir ki,ölən orta yaşlı qadındır. O, Xeçinaşvili klinikasının reanimasiya şöbəsində olub.
Məlum olduğu kimi, əvvəlcə partlayış mərhumun evində baş verib, daha sonra yanğın başlayıb.
Üç nəfər qəza yerindən Xeçinaşvili klinikasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti stabildir.
İlkin məlumata görə, partlayışa səbəb təbii qazdır. Partlayışdan sonra yaşayış mənzillərindən birində yanğın baş verib, daha sonra yanğın digər mərtəbələrə keçib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Yerli sakinlərin verdiyi məlumata görə, ötən gün planlaşdırılmış işlərlə əlaqədar binaya qazın verilməsi dayandırılıb.