Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları Şida Kartli Polis İdarəsinin əməkdaşını qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaqda, həmçinin aksiz markası olmadan malların saxlanması və daşınması ittihamı ilə saxlayıblar.
QafqazTürk.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki,polis əməkdaşını 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan polis əməkdaşının avtomobilinə, yaşadığı ünvana və iş otağına baxış nəticəsində maddi sübut kimi külli miqdarda rüsumsuz siqaretlər, odlu silahlar, patronlar, ağızlıqlar və pul götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi və 236-cı maddəsinin 3-cü hissəsi ilə aparılır.