Vəzifə səlahiyyətlərindən istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi faktı üzrə bir nəfər ifşa edilib

51

Another advertisement

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları səhmdar cəmiyyətə məxsus külli miqdarda vəsaitin vəzifə səlahiyyətlərindən istifadə edilməklə mənimsənilməsi faktını aşkar ediblər.

İstintaq xidmətinin məlumatına görə, qeyd olunan faktla bağlı 1 nəfər məsuliyyətə cəlb edilib.

“İstintaq müəyyən edib ki, səhmdar cəmiyyətlərdən birində maliyyə-inzibati şöbəsinin müdiri vəzifəsində çalışan və şirkətin bank hesablarını idarə etmək hüququ həvalə edilmiş təqsirləndirilən şəxs qanunsuz maddi fayda əldə etmək üçün şirkətə məxsus təxminən 1 milyon 630 min lari pulu mənimsəyib.  Bu əməl Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 11 ilədək həbs cəzasını nəzərdə tutan 182-ci maddəsinin ikinci və üçüncü hissələri ilə nəzərdə tutulub” – məlumatda deyilir.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Mamuka Mdinaradze:”Rusiya büdcəsindən hər ay milyonlarla rubl alan ailənin nümayəndəsi Elene Xoştariya özünü ən böyük anti-Rusiya hesab edir”
Öncəki yazı
General: “Türkiyə Ordusu NATO-da ikinci, Azərbaycan SQ isə Cənubi Qafqazda birincidir”