Sinoptiklər qarşıdakı günlərin hava proqnozunu açıqladı

131

Oktyabrın 24-ü günün ikinci yarısından 25-i günün birinci yarısınadək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi yerlərində (əsasən Şida Kartlidə, həmçinin dağlıq rayonlarda) şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə qərb küləyinin əsəcəyi gözlənilir.

Oktyabrın 24-25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var, havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

“Rustavi, Bolnisi, Marneuli, Qardabanidə oktyabrın 24-də günün ikinci yarısından 25-ə qədər qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Oktyabrın 25-ə qədər havanın temperaturunun gündüz 20, 22 dərəcə isti olacağı gözlənilir” , – məlumatda deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tibb işçiləri onlara görə minimum əməkhaqqı almasalar, klinikalara qarşı sərt sanksiyalar tətbiq olunacaq
Öncəki yazı
Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”