Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”

115

Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır.

Qafqaztürk xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

Lavrov deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Sinoptiklər qarşıdakı günlərin hava proqnozunu açıqladı
Öncəki yazı
Parlament Müdafiə Məcəlləsi lahiyəsini üçüncü oxunuşda qəbul edib