Təmiz və gözəl dəri hər insanın arzusudur. Yeniyetməlik dövründə dəridə sızanaq və civzələrin olması təbii haldır və orqanizmdə gedən ciddi hormonal dəyişikliklərlə bağlıdır.
Lakin dermatoloqların müşahidələrinə görə, hətta 25 yaşdan sonra insanların 20-40%-də sızanaqlar problemi aktual olaraq qalır.
Dermatoloqlar sübut edir ki, bir çox insanlarda bəzi adi məhsulların qəbulu dəridə səpgilərə səbəb olur. Bu məhsullara arasında: tünd şokolad, ədviyyatlar, turşular, hisə verilmiş məhsullar, sosis, kolbasa, çipsi.
Son zamanlar mütəxəssislər dərinin vəziyyətinə mənfi təsir edən məhsullar siyahısına südü da daxil edib.
QafqazTürk.com saglamolun.az-a istinadən xəbər verir ki, amerikalı alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, südün tərkibində olan hormonlar orqanizmdə testosteronun ifrazına təsir edir. Nəticədə dəri piyinin ifrazı da artır, piy dəri məsamələrini bağlayır və bu da sızanaqların əmələ gəlməsinə və ya çoxalmasına səbəb olur.
Nəzərə almaq lazımdır ki, bu fikir yalnız südə aiddir. Probiotiklərlə zəngin olan süd məhsulları (qatıq, kəsmik, xama, pendir və s.) əksinə dəri üçün çox faydalıdır.