This is a specific ad

Pirotexniki vasitələrdən istifadə ilə bağlı qanunvericilik tənzimləmələri üzərində işlənilir

47

Another advertisement

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər komitələrində pirotexniki vasitələrdən istifadənin qanunvericiliklə tənzimlənməsi ilə bağlı işçi iclas keçirilib.

Deputatlar pirotexniki vasitələrlə bağlı qanunverici tərəfindən hansı modelə üstünlük verilməli olduğunu və Armaz Axvledianinin və Ana Natsvlişvilinin qanunvericilik təşəbbüsü ilə irəli sürdüklərindən başqa hansı alternativlərin nəzərdən keçirilə biləcəyini müzakirə ediblər.Bildirilib ki, pirotexniki vasitələrin idxalına tam qadağa qoyulması mənfi təsir göstərə bilər, ona görə də alternativlərə baxılması zərurəti gündəmdədir.

vasitələrdən istifadənin son dərəcə məhdudlaşdırılmasını, eyni zamanda, tətbiq edilən məhdudiyyətlərə nəzarət və icra sisteminin təkmilləşdirilməsini nəzərdə tutan kompleks yanaşma variantı nəzərdən keçirilib.

İclasda dövlət qurumları öz səlahiyyətləri daxilində qeyd olunan məsələ ilə bağlı fikirlərini bildiriblər. Tərəflər fəaliyyət planının hazırlanmasının və vaxtında effektiv addımların atılmasının vacibliyi barədə razılığa gəliblər.

İclasda parlamentin deputatları Mixeil Sarcveladze, Maya Bitadze, Armaz Axvlediani və Ana Natsvlişvili ilə birlikdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanın İsraildəki səfirliyi – İsrailin beynəlxalq hava limanının bağlandığı barədə əsassız məlumatlar yayılır, hava limanı fəaliyyətini davam etdirir
Öncəki yazı
Gürcüstan-Türkiyə arasında səhiyyə memorandumu imzalanıb