Gürcüstan və Türkiyə arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sazişi iki ölkənin səhiyyə nazirləri Zurab Azaraşvili və Fahrettin Hoca imzalayıblar.
Sənədə əsasən, Gürcüstan və Türkiyə ilkin səhiyyə xidməti, ailə təbabəti sisteminin inkişafı, yoluxucu və qeyri-infeksion xəstəliklərin qarşısının alınması sahəsində və eləcə də qlobal sağlamlıq təhdidlərinin diaqnostikasının və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində fəal əməkdaşlıq edəcək.
İki ölkə arasında imzalanmış saziş xəstəxana idarəetmə sistemlərinin inkişafı və tətbiqi baxımından da əməkdaşlığı nəzərdə tutur.
Bundan əlavə, tərəflər səhiyyənin keyfiyyətinin, akkreditasiya mexanizmlərinin tətbiqi və nəzarəti istiqamətində fəaliyyət göstərəcəklər.
Memorandum tibb sənayesi sahəsində strateji əməkdaşlığı nəzərdə tutur.
Sənəd Türkiyə Dünya Tibb Konqresində imzalanıb.