This is a specific ad

Gürcüstandan reeksport edilmiş avtomobillərdən əldə edilən gəlir – STATİSTİKA

49

Another advertisement

Gürcüstandan yüngül avtomobillərin reeksport dəyəri rekord səviyyə çatıb.

QafqazTürk.com xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan 1,5 milyard ABŞ dolları dəyərində avtomobil ixrac edilibsə, ötən ilin müvafiq dövründə isə 592,2 milyon ABŞ dolları dəyərində avtomobil ixrac edilib.

Cari ilin ilk 9 ayında Gürcüstandan avtomobillərin ən çox satıldığı və reeksport olunduğu 10 ölkənin siyahısını təqdim edirik:

  • Qırğızıstan – 427,6 milyon ABŞ dolları dəyərində 11 min 122 avtomobil
  • Qazaxıstan – 414,9 milyon ABŞ dolları dəyərində 26 min 586 avtomobil
  • Azərbaycan – 328,7 milyon ABŞ dolları dəyərində 18 min 299 avtomobil
  • Ermənistan – 239 777 milyon ABŞ dolları dəyərində 13 min 265 avtomobil
  • Rusiya – 66,946 milyon ABŞ dolları dəyərində 4 min 951 avtomobil
  • Tacikistan — 23,9 milyon ABŞ dolları dəyərində 2 min 178 avtomobil
  • Belçika – 18,8 milyon ABŞ dolları dəyərində 387 avtomobil
  • Ukrayna – 12,6 milyon ABŞ dolları dəyərində 1162 avtomobil
  • Birləşmiş Ərəb Əmirlikləri – 9,5 milyon ABŞ dolları dəyərində 181 avtomobil
  • Türkiyə – 6,1 milyon ABŞ dolları dəyərində 312 avtomobil
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstan regionda nüvə silahının mümkün tətbiqinə qarşı xüsusi plan hazırlayıb
Öncəki yazı
Gürcüstanda neft məhsullarının idxalı – STATİSTİKA