Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının, polis və hərbçilərin maaşları 20% artırılır.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Transparency International – Georgia” 2024-cü il dövlət büdcəsi layihəsinin təhlili və tövsiyələri barədə dərc etdiyi məlumatda bildirilib.
“Dövlət Təhlükəsizlik Xidmətinin maliyyələşdirilməsi 25 milyon lari artaraq 205 milyon lariyə çatır. Artım sistemdə işləyənlərin maaşlarının 20% artırılması ilə əlaqədardır. İşçilərin sayı artmır və 3 min 850 nəfər yenidən işlə təmin olunacaq.
Dövlət sektorunda işləyənlərin maaşları ən azı 10% artırılacaq. Onların arasında polis və əsgərlər də var ki, onların maaşları 20% artacaq. Əməkhaqqının artırılması əmək kompensasiyası üçün ayrılan illik məbləğin 282 milyon lari artmasına gətirib çıxarır”, – “Transparency İnternational – Georgia” təşkilatının dərc etdiyi sənəddə oxuyuruq.