İki türk rəsmisi İsrailin təhlükəsizlikləri üçün Türkiyədən bütün diplomatlarını geri çəkdiyini bildirib.
QafqazTürk.com xəbər verir ki, bu addım İsrailin Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında etiraz dalğasından və etirazçıların İsrail səfirliyinin Ankaradakı iqamətgahına basqın etməyə cəhd etdikdən sonra atılıb.
Rəsmilər diplomatların, o cümlədən səfir İrit Lillianın artıq Türkiyəni tərk etdiyini bildirib. Onlar diplomatların təhlükəsizlik məqsədilə ölkəni tərk etdiyini və geri çəkilmələrinin siyasi olmadığını iddia edirlər.
İsrail mətbuatının yazdığına görə, eyni qərarı İsrailin İordaniya, Mərakeş və Bəhreyndəki səfirliklərinin əməkdaşları da verib.
İsrail bu həftənin əvvəlində xəbərdarlıq edərək, vətəndaşlarını Türkiyəni tərk etməyə çağırıb.