Cari ilin üçüncü rübündə (iyul, avqust, sentyabr) Gürcüstanda 221 nəfər sığınacaq axtaran qeydiyyatdan keçib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin açıqladığı miqrasiya statistikasında öz əksini tapıb.
Məlumata əsasən, sığınacaq axtaran şəxs kimi qeydiyyata alınanların 50 nəfəri İran, 34-ü Türkiyə, 28-i Ukrayna, 19-u Rusiya vətəndaşlarıdır. Sığınacaq axtaranlar arasında həmçinin Misir, Özbəkistan, Pakistan, Hindistan və İordaniya vətəndaşları da var.
Humanitar statusun verilməsinə gəlincə, qeyd olunan üç ayda 32 xarici ölkə vətəndaşı bu statusu alıb ki, onların da 20 nəfəri Ukrayna, 6 nəfəri Suriya, 4-ü Əfqanıstan, 1-i Eritreya vətəndaşıdır, digər 1-nin isə vətəndaşlığı məlum deyil.
Qeyd olunan dövrdə 83 xarici ölkə vətəndaşına status verilməkdən imtina edilib.
Onların 22-si Türkiyə; 20-si İran, 6-sı Misir, 5-i Pakistan, 5 nəfəri isə Rusiyalıdır.