This is a specific ad

Hakim partiya: “Prezident Salome Zurabişvili səlahiyyətlərini yerinə yetirə bilməyəcək”

21

Another advertisement

“İmpiçment prosedurunun uğursuzluğuna baxmayaraq, Prezident Salome Zurabişvili səlahiyyətlərini yerinə yetirə bilməyəcək”

Qafqaztürk xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

O bildirib ki, artıq prezidentlə parlament, hökumət və Konstitusiya Məhkəməsi arasında ziddiyyət var.

Partiya sədri hesab edir ki, S.Zurabişvili daha prezident ola bilməz.

Qeyd edək ki, Gürcüstan parlamentinin bu gün keçirilən iclasında S.Zurabişvilinin impiçmenti məsələsi müzakirə olunub. Lakin impiçment üçün yetərsay toplanmayıb və dövlət başçısını postundan uzaqlaşdırmaq mümkün olmayıb.

Xatırladaq ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Məni nə qorxuda bilər, lap prokurorluğun adının hallanması olsun – Prezident
Öncəki yazı
Qəzzada ölənlərə görə Türkiyədə 3 günlük matəm elan olunub