This is a specific ad

Gürcüstanda həbslə əlaqədar yeni qanun həyata keçirilə bilər

49

Another advertisement

Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş profilaktik tədbirlərin növlərini genişləndirmək məqsədilə “Gürcüstanın Cinayət-Prosessual Məcəlləsi”nə dəyişikliklər layihəsi hazırlanıb.

QafqazTürk.com xəbər verir ki, qanunlayihəsini Regional siyasət və özünüidarə komitəsinin üzvlərinə layihənin müəlliflərindən biri, İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarjveladze təqdim edib.

Onunn sözlərinə görə, bu gün qüvvədə olan məcəllə beş növ qabaqlayıcı tədbiri nəzərdə tutur ki, onlardan ikisi daha çox tətbiq olunan azadlıqdan məhrumetmə və girov tədbirləridir.

Dəyişikliyə əsasən, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qabaqlayıcı tədbirlər növlərinə yeni tədbir – hərəkətin məhdudlaşdırılması da əlavə olunacaq.

Bununla da təqsirləndirilən şəxsin hərəkətinin məhdudlaşdırılması gecə-gündüz (24 saatlıq məhdudiyyət) və ya gecə-gündüzün müəyyən müddətində tətbiq oluna bilər.

Profilaktika tədbiri – hərəkətin məhdudlaşdırılması elektron monitorinq vasitəsilə həyata keçiriləcək.

Komitənin sədri Kaxa Kaxişvilinin sözlərinə görə, elektron nəzarətdən istifadə etməklə yeni tədbirin tətbiqi – hərəkətin məhdudlaşdırılması məhbusların sayını azaltmağa kömək edəcək.

Komitə üzvləri qanunlayihələri paketinin plenar iclasda təqdim olunmasını dəstəkləyiblər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri
Öncəki yazı
Tibb işçilərinə ŞAD XƏBƏR! – YENİLİK VAR