Another advertisement
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin baş inspektoru qadını təhdit etmə faktı ilə saxlanılıb.
2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayına qədər olan müddətdə hüquq-mühafizə orqanının əməkdaşı Rustavidə tanıdığı qadınla onu təhdid edərək görüşüb.
Sözügedən polis əməkdaşı zərərçəkmiş qadınla telefon və sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb və onunla görüş tələb edib. Əks halda zərərçəkmişi aralarındakı yazışmaları yaymaqla təhdid edib.
Prokurorluq Daxili İşlər Nazirliyinin müfəttişinə Cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürüb.