This is a specific ad

“Google”da mətn təsviri əsasında şəkil yaratmaq, fotonu redaktə etmək mümkün olacaq – VİDEO

48

Another advertisement

“Google” öz axtarış sistemində yeni üslubda şəkil yaratma imkanlarını təqdim edib.

QafqazTürk.com xəbər verir ki, artıq bundan sonra “Google”da mətn təsvirləri əsasında şəkillər yaratmaq mümkün olacaq.

Belə ki, istifadəçilər “Google” axtarış sətrinə tapmaq istədikləri fotonun təsvirini yazılı formada daxil edəcəklər və sistem bir neçə ən yaxşı təsvirin variantını təklif edəcək.

Yaradılmış təsviri mətnə edilən müxtəlif dəyişikliklərlə redaktə etmək də mümkündür.

Qeyd olunur ki, bu funksiya hələlik yalnız ABŞ-də işləyir, daha sonra digər ölkələrdə olan istifadəçilər də ondan yararlana biləcəklər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tbilisidə “Saza and içirəm” adlı tədbir keçirilib
Öncəki yazı
Konstitusiya Məhkəməsinin Salome Zurabişvili barədə yekun qərarı