This is a specific ad

Gürcüstanda 43 mindən artıq şəxs vətəndaşlıqdan məhrum edilib

53

Another advertisement

Son 10 ildə 43,5 minə yaxın şəxs Gürcüstan vətəndaşlığını itirib.

QafqazTürk.com xəbər verir ki,Ölkənin Dövlət Xidmətləri Agentliyi xəbər verir ki, onların hamısı başqa ölkənin vətəndaşlığını alıb. Onların 57,8%-i Rusiya vətəndaşlığını qəbul edib.

2023-cü ilin yanvar-oktyabr aylarında təxminən 3 min nəfər Gürcüstan vətəndaşlığını itirib ki, onlardan 2100 nəfəri məhz Rusiya vətəndaşlığını əldə edib.

Qeyd edək ki, Gürcüstan vətəndaşı xarici dövlətin pasportunu alarkən Gürcüstan pasportunun saxlanması üçün ölkənin dövlət orqanları ilə əlaqə saxlamağa borcludur. Əks halda o, avtomatik olaraq Gürcüstan vətəndaşlığından məhrum ediləcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Türkiyə millisi AVRO-2024-ə darmadağınla vəsiqə qazandı – VİDEO
Öncəki yazı
Tbilisidə erkən nikahla bağlı aksiya keçirilib