This is a specific ad

İrakli Qaribaşvili Mcarıstanın baş naziri Viktor Orbanla görüşüb

55

Another advertisement

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Hökümət administrasiyası məlumat yayıb.

Məlumata əsasən,Viktor Orbanın Gürcüstana rəsmi səfəri çərçivəsində baş tutan təkbətək görüşdə Gürcüstan və Macarıstan arasında sıx tərəfdaşlıq əlaqələri müzakirə olunub. Hökumət başçısının qeyd etdiyi kimi, ölkələr arasında əməkdaşlıq mütəmadi səfər mübadiləsini və sahəvi əlaqələrin genişləndirilməsini özündə ehtiva edən birgə səylərlə yeni mərhələyə keçib.

Tərəflər müxtəlif sahələrdə səmərəli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Baş nazirin sözlərinə görə, hökumətlərarası sammitin Gürcüstanda keçirilməsi Budapeştdə imzalanmış Gürcüstan və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin praktiki icrasının tərkib hissəsidir.

Avropaya inteqrasiyadan danışan İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan dönməz şəkildə Avropa yolu ilə gedir. O, Gürcüstan hökumətinin bu yolda atdığı addımları nəzərdən keçirib. Baş nazirin sözlərinə görə, hökumət 12 prioritetin həyata keçirilməsi üçün açıq, şəffaf və inklüziv prosesi təmin edib və ilin sonunda ölkə Avropa İttifaqından ədalətli və ləyaqətə əsaslanan qərar gözləyir. Baş nazir ölkəmizin Avropaya inteqrasiyasına verdiyi qəti dəstəyə görə Viktor Orbana təşəkkür edib və qeyd edib ki, Gürcüstan bu yolda dostumuz Macarıstanın əzmkar dəstəyini yüksək qiymətləndirir.

Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq istiqamətində əldə olunan nailiyyətləri ümumiləşdiriblər. Bildirilib ki, 2023-cü ildə ticarət dövriyyəsi 21% artaraq 46,62 milyon dollar təşkil edir. Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan və Macarıstanın iqtisadi əməkdaşlıq üçün böyük potensialı var və mövcud imkanlardan tam istifadə etmək vacibdir. Onun sözlərinə görə, Gürcüstan bərpa olunan enerji, logistika, turizm və digər sahələrə investisiyaların cəlb edilməsində maraqlıdır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Keçmiş arvadını və qaynanasını öldürməkdə təqsirləndirilən polis əməkdaşı dünyasını dəyişib
Öncəki yazı
Saqarecoda qətlə yetirilən azyaşlı qızın anasına qarşı zorla ərə verməyə və cinayət barədə məlumat vermədiyinə görə ittiham irəli sürülüb