This is a specific ad

İsrail ehtiyatda olan 360 min hərbçisini orduya çağırıb

77

Another advertisement

İsrail hökuməti Avropa ölkələri də daxil olmaqla, 360 min ehtiyatda olan hərbçisinin çağırılması ilə bağlı qərar qəbul edib.

Qafqaztürk TASS-a istinadən xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Bundan əvvəl “The Times of Israel” qəzeti hərbçilərə istinadən yazıb ki, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-a qarşı əməliyyatda iştirak edə bilmək üçün yüzlərlə hərbçisini Avropadan köçürüb.

“The Times of Israel”in nəşrindən az sonra İsrail ordusunun mətbuat xidməti son 48 saat ərzində 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırıldığını bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İrakli Qaribaşvili:”Son on ildə ölkədə yarım milyondan çox insan yoxsulluğun öhdəsindən gəlib”
Öncəki yazı
Bu aydan etibarən kimlərin maaşı artır?