Azyaşlı qızı qətlə yetirən şəxs saxlanılıb

137

14 yaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü şəxs bu vaxtadək axtarışda idi.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsinin kəndlərindən birində 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı ölümcül yaralayıb.

Polis cinayətdə istifadə olunan silahı sübut kimi götürüb.

Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109, 143 və 236-cı maddələri ilə istintaq davam etdirilir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
საქართველოდან ევროკავშირში 800 ტონა მოცვი გავა – მემორანდუმი უკვე გაფორმებულია
Öncəki yazı
14 წლის გოგონას მკვლელი დაკავებულია