This is a specific ad

Ərdoğandan Ermənistan və İrana çağırış

75

Another advertisement

“Azərbaycanlı qardaşlarımızı Qarabağda qazandıqları qələbə münasibətilə bir daha təbrik edirik”.

QafqazTürk.com xəbər verir ki,bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin toplantısı sonrası mətbuata açıqlamalar verərkən deyib.

“Ermənistandan gözləntimiz bundan sonra sülh və firavanlığa yönəlmiş bir yanaşma müəyyən etməkdir. Əgər Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, verdikləri vədlərə əməl etsələr, Ankara İrəvanla münasibətləri normallaşdırmağa davam edə bilər”, – deyə dövlət başçısı bildirib.

Ərdoğan, həmçinin İranı da bölgədəki layihələr üzrə birgə çalışmağa dəvət edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Alimlər şəkərli diabet və qan xərçəngi arasında əlaqənin olduğunu müşahidə ediblər
Öncəki yazı
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub