Another advertisement
Almaniya Xarici İşlər Nazirliyi dağıdıcı zəlzələdən zərər çəkmiş Əfqanıstan xalqına yardım üçün 5 milyon avro ayırmağa qərar verib.
Bu barədə “Qafqazturk” TASS-a istinadən xəbər verir.
“Əfqanıstandan gələn xəbərlər sarsıdıcıdır – dəhşətli zəlzələlər nəticəsində minlərlə insan həlak olub. Biz sağ qalanları diqqətdən kənar qoymayacağıq. Əfqanıstana yardım üçün humanitar fond vasitəsilə dərhal əlavə 5 milyon avro ayırırıq”, – Almaniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.