Another advertisement
Kaxetinin Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində qiyabi ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qafqaztürk xəbər verir ki, bu barədə Telavi Rayon Məhkəməsi bu gün qərar verib.
Saqareco bələdiyyəsinin Ləmbəli kənd sakini, 28 yaşlı Asim Aslanov azyaşlı qızı qətlə yetirdikdən sonra hələ də azadlıqdadır.
Hadisə oktyabrın 6-da baş verib. Aslanov iki ay əvvəl 14 yaşlı qızı qaçırıb.